AZ

Ölkələrin ləqəbləri var

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyanın müxtəlif ölkələrinin qeyri-rəsmi ləqəblərini əhatə edən beynəlxalq reytinq sosial şəbəkələrdə populyarlıq qazanır. Bu adlar ölkələrin tarixi, mədəniyyəti, coğrafiyası, dini və poetik obrazları əsasında formalaşdığı üçün beynəlxalq müstəvidə də çox geniş istifadə olunur.

Reyting.az xəbər verir ki, "Globas Statictics" nəşrinin təqdim etdiyi siyahıda İsrail "Müqəddəs torpaq" adını alıb. Bu ləqəb ölkənin bir neçə dünya dini üçün ortaq mühüm tarixini, həmçinin dini əhəmiyyətini əks etdirir.

Reytinqə müxtəlif ölkələr daxil edilib. Bu siyahıda Yaponiya "Gündoğan ölkə", Fransa "Sevgi ölkəsi", qədim tarixə malik Misir "Nilin hədiyyəsi", Türkiyə "Şərq və Qərb arasında qapı", Kanada "Böyük ağ şimal", Rusiyaya qarşı savaşan Ukrayna isə "Avropanın taxıl anbarı" kimi xarakterizə edilib.

117 ölkənin yer aldığı bu siyahıda Amerika Birləşmiş Ştatları "Azadlıq ölkəsi", Çin Xalq Respublikası "Qırmızı əjdaha", Rusiya "çarlar ölkəsi" kimi, Böyük Britaniya isə "Ümid və şöhrət ölkəsi" adlandırılıb.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
reyting.az

1Mənbələr