Uzun müddət vergi borcu ilə gündəmdən düşməyən "AAAF-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda 5 milyon manatdan çox borcla üzləşib...
32gun.az xəbər verir ki, şirkətin cari borcu 5 milyon 637 min 32 manat 98 qəpik təşkil edir.
Bildirək ki, "AAAF-İnşaat"ın hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 199-dur. Şirkətin nizamnamə kapitalı isə 20 manatdır.
Şirkətin qanuni təmsilçisi 2023-cü il dekabrın 14-dən Rəsim Orucov Raqib oğludur. Ondan əvvəl şirkətin təsisçisi olan Tofiq Heydərov qanuni təmsilçi funksiyasını da yerinə yetirib. Şirkətin quruluşundan bu günə qədər müxtəlif dövrlərdə bir neçə qanuni təmsilçi fəaliyyət göstərib. Onlar arasında Cavadov Əli Sabir oğlu, Əliyev Emil Təvəkkül, Əliyev Pərvin Mahir, Xanverdiyev Ruslan Əlibaba, Heydərov Tofiq və Heydərov Səlim Mirhəsən oğlu (qardaşı) kimi şəxslər olub.
"AAAF-İnşaat" uzun illər vergi və maliyyə borcları ilə gündəmdə qalaraq iş dünyasında diqqət mərkəzində olub.
Şirkətin təsisçisi və sahibi Tofiq Heydərovdur.

Poliqon.info