Prezident iqtisadi yatırımlar və istehsal imkanlarının genişlənməsini əsas gətirib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2025-ci il üçün ölkənin idxal rüsumlarından 20 trilyon dollar gəlir əldə edə biləcəyini bildirib. Onun sözlərinə görə, bu vəsait ABŞ-a, o cümlədən istehsal güclərinin və texniki avadanlıqların inkişafına yatırılacaq.
Tramp əlavə edib ki, idxal rüsumlarının artırılması və xarici ticarət siyasətində aparılan islahatlar, ölkəyə böyük investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Prezident vurğulayıb ki, bu strategiya yalnız dövlət büdcəsinin gəlirlərini artırmaqla kifayətlənməyəcək, həm də milli iqtisadiyyatın və sənaye potensialının güclənməsinə töhfə verəcək.
Poliqon.info