Bu gün Lənkəran və Masallı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 35 kV-luq "Hirkan" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbəsi, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmin tarixdə Masallı EŞ-nin ərazisində 35/10 kV-luq "Əminli" yarımstansiyasından qidalanan 10 kV-luq 1 saylı, həmçinin 35/10 kV-luq "Xıl" yarımstansiyasından çıxan 6, 7 saylı hava xətlərində təmir işləri aparılacaq. Beləliklə, saat 10:00-dan 13:00-dək Həsənli, Yeddi Oymaq, Şıxlar, Qasımlı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.