AZ

Ukraynada Müdafiə Nazirliyinin 88 qurumunda genişmiqyaslı auditə başlanır

Operativ MM saytına istinadən ain.az xəbər verir.

Ukrayna Dövlət Audit Xidməti Müdafiə Nazirliyinin tabeliyində olan 86 müdafiə sənayesi qurumu və iki dövlət müəssisəsində audit aparmağa başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, auditin keçirilməsi barədə qərar Prezident Volodimir Zelenskinin göstərişi ilə qəbul olunub.

Buna səbəb müdafiə sektorunda, xüsusilə dövlət satınalmaları sahəsində yüksək vəzifəli şəxslərin korrupsiyada iştirakına dair yayılan məlumatlar və geniş rezonans doğuran qalmaqallardır.

Dövlət Audit Xidmətinin sədri Alla Basalaevanın sözlərinə görə, yoxlamalar silah istehsalı və tədarükü ilə məşğul olan 86 müdafiə sənayesi müəssisəsini, həmçinin Müdafiə Nazirliyinin iki dövlət qurumunu – Müdafiə Tədarük Agentliyini və Dövlət Logistika Operatorunu əhatə edəcək. Audit prosesinə Dövlət Audit Xidmətinin təxminən 500 əməkdaşı cəlb olunub.

Basalaeva xatırladıb ki, 2023-cü ildə Müdafiə Nazirliyində aparılan əvvəlki auditlər bir sıra səs-küylü cinayət işlərinə, vəzifəli şəxslərin işdən çıxarılmasına və yerinə yetirilməmiş müqavilələrlə bağlı milyonlarla məbləğdə məhkəmə razılaşmalarına səbəb olub. Onun sözlərinə görə, həmin dövrdə qurum ciddi təzyiqlərlə üzləşib və oxşar cəhdlərin indiki audit zamanı da davam edəcəyi istisna edilmir.

Qeyd olunub ki, auditin aralıq nəticələri aylıq olaraq hökumətə təqdim ediləcək, yoxlamalar başa çatdıqdan sonra isə yekun hesabat açıqlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
operativmm.az

2Mənbələr