Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu qısa müddət ərzində yeni futbolçuların qeydiyyatına qoyulan qadağa ilə bağlı problemi həll edib.
Publika.az xəbər verir ki, dekabrın 20-də FİFA 2023-cü ildə müdafiəçi Emerik Laportun transferi ilə bağlı “Mançester Siti”yə olan borca görə Səudiyyə Ərəbistanı klubuna sanksiya tətbiq edib. Bildirilirib ki, borcun məbləği təxminən 9 milyon avro təşkil edir və bu vəsait 31 avqusta qədər ödənilməli idi.
İnsayder Fabritsio Romanonun məlumatına görə, ulduz futbolçu Kriştiano Ronaldonun kapitanı olduğu “Əl-Nəsr” problemi həll etdiyi üçün üzərindən futbolçu qeydiyyatı qadağası götürüləcək və klub qış transfer pəncərəsində yeni oyunçular ala biləcək.