Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub...
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z. Əhmədzadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində 2010-cu il təvəllüdlü Z.Ə. bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info