Vətəninfo.az AS istinadən xəbər verir ki, Fransanın PSJ klubunun rəhbərliyi komandanın ispaniyalı baş məşqçisi Luis Enrike ilə ömürlük müqavilə imzalamaq istəyir.
55 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. PSJ Luis Enrikeyə tarixin ən bahalı müqaviləsini təklif edəcək.
Luis Enrike 2023-cü ildən PSJ-yə rəhbərlik edir və onun rəhbərliyi altında ilk dəfə Çempionlar Liqasının qalibi olub.