AZ

Hidrogen Yer kürəsini böhrandan xilas etmir, yalnız vəziyyəti daha da pisləşdirir - Tədqiqat

Hidrogen uzun müddət iqlim böhranına potensial həll kimi qiymətləndirilsə də, yeni araşdırmalar onun qlobal istiləşməyə mənfi təsirini göstərir.

QHT.az xəbər verir ki, alimlər bildirirlər ki, hidrogen emissiyaları metanın atmosferdə daha uzun müddət qalmasına və istiləşmənin artmasına səbəb olur. Hidrogen, metanı təbii şəkildə təmizləyən molekulları udaraq dolayı yolla qlobal istiləşməni gücləndirir. Bu proses həmçinin buludların əmələ gəlməsinə və stratosferdə istixana qazlarının artmasına təsir göstərir.

Hazırda hidrogenin böyük hissəsi təbii qaz və kömürdən istehsal olunur, bu isə karbon qazı tullantılarını artırır; bərpa olunan enerji ilə təmiz hidrogen istehsalı hələ baha başa gəlir.

Seçilən
20
qht.az

1Mənbələr