Bu gün Sumqayıtda 1 300 abonentə qazın verilişində fasilə yaranacaq.Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb 23 dekabrda Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış ŞQTM-in mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.Belə ki, aparılacaq işlərlə əlaqədar qəsəbə üzrə 1 300 abonentin qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.Abonentlərdən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.