Əməkdar artist Nahidə Orucova kirayədə yaşadığını açıqlayıb.
"3 ildir kirayədə qalıram. Kənardan baxan deyir, aktrisasan, 47 ildir sənətdəsən, Prezident mükafatı alırsan, fəxri adın var... Heç vaxt ağız açıb kimdənsə nəsə istəməmişəm, ağlamamışam. Həyatdır, yaşayırıq, hər zaman evim olub. Ata evim mənə miras qalmışdı. Evimizi sökdülər, şəhərin mərkəzində doğulub böyüyən insan kənara öyrəşə bilmir. Yaşadığım yeri sökdülər, verilən pula heç nə düşmədi. Əhmədli ərazisində ev aldım, amma öyrəşə bilmədfim. Satdım ki, şəhərdən ev alım, amma bahalaşdı. Qazancımız o dərəcədə deyil ki, gedib ev alım. İcra hakimiyyətinə müraciət etdim. Cavab gəldi ki, bizim sizə veriləcək evimiz yoxdur".