AZ

Sumqayıtda lider oyunu

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sabah” qış fasiləsinə lider yollanıb.

Valdas Dambrauskasın yetirmələri XVI turda “Sumqayıt” səfərində inamlı qələbə qazanaraq dövrənin çempionu olub. 3 xalı 3 qolla əldə edən “bayquşlar” tarixində ilk dəfə fasiləyə zirvədə gedib.

Ardıcıl 15 rəsmi matçda uduzmayan “Sabah” inamlı oyunu və intizamı ilə diqqət çəkir. Bombardir Coy-Lens Mikelsin yoxluğunda ön plana çıxan Velko Simiç dubl etməklə qələbədə əsas pay sahibi olub. Simiç ümumiyyətlə son turlarda məhsuldarlığı ilə seçilir. Ötürmələri ilə də fərq yaradan yarımmüdafiəçi bu mövsüm “Sabah”ın ən faydalı transferlərindəndir.

“Sumqayıt” səfərində hər iki hissədə üstün olan “futuristlər” 3 qol vurdu, 4-5 real qol şansını qaçırdı. 3:0-dan sonra fürsət yaradan, lakin fərdi oynamağa üstünlük verən Maluda, Parris cəhdlərində uğursuz oldu.

“Sumqayıt”da isə səhvlər məğlubiyyətə əsas səbəb oldu. Hücuma çıxan zaman səhv ötürmələr, müdafiədəki boşluqlar “kimyaçılar” üçün siqnal olmalıdır. İkinci hissədə Aleksa Yankoviçin oyuna daxil olmasıyla aktivliyini artıran yerli komanda hesabı bərabərləşdirməyə cəhdlər etsə də, alınmadı. Bəzən bəxt, bəzən oyunçuların düzgün mövqe seçməməsi əsas əngəl oldu.

“Sumqayıt” fasiləyə beşinci sırada yollandı. Aktivində 27 xal olan “kimyaçılar” üçüncü “Zirə”dən bir xal geridədir. Saşa İliçin yetirmələri bu mövsüm sərgiləndiyi oyunu bir az da artırsa, komanda avrokuboklara əsas namizədlərdən olacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
futbolpress.az

1Mənbələr