AZ

Vest Hem in hücumçusu Milan üçün İtaliyaya gəldi

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Vest Hem"in hücumçusu Niklas Fülkruq İtaliyaya gəlib və "Milan"la müqavilə imzalamadan öncə tibbi müayinədən keçəcək. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, İtaliya klubu 32 yaşlı hücumçunu transfer hüququnu sonradan əldə etmək şərti ilə icarəyə götürüb. Yaxın günlərdə alman futbolçunun rəsmi olaraq "rossoneri"yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərdə doqquz oyunda meydana çıxıb. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
sport24.az

1Mənbələr