AZ

Starmer haqqında ŞOK İTTİHAM

Böyük Britaniyanın Baş naziri Kir Starmer barədə şok ittihamlar səsləndirilib.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, İslahat Partiyası Kir Starmerin niyyətləri ilə bağlı narahatlıqlarını ifadə edərək, onu hakimiyyəti zorla əldə saxlamağa hazırlaşmaqda ittiham edib.

Gərginliyin əsas səbəbi Leyboristlər Partiyasının Kent bölgəsində İslahat Partiyasının nəzarətində olan yerli şuraya qarşı “basqın” planlaşdırması barədə yayılan şayiələrdir.

İslahat Partiyasının nümayəndəsi nəşrə bildirib ki, Leyboristlərin hərəkətləri mahiyyət etibarilə siyasi çevriliş cəhdinə bərabərdir və bu addımlara qarşı ən sərt hüquqi tədbirlərin görüləcəyinə söz verirlər.

Seçilən
24
publika.az

1Mənbələr