AZ

ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollara raket satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollara hava-havaraketlərinin satışını təsdiqləyib.

Trend-inməlumatına görə, bu barədə hökumətlərarası müqavilələr çərçivəsindəxaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan PentaqonunTəhlükəsizlik Əməkdaşlıq Agentliyi xəbər verib.

Məlumata əsasən, bundan əvvəl Danimarka hakimiyyəti əvvəllərABŞ-dən 236 ədəd "AMRAAM-ER" raketi və əlaqəli avadanlıq almasınıistəyib. Sənəddə vurğulanıb ki, "təklif olunan satış NATOmüttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-in xarici siyasəti vəmilli təhlükəsizlik məqsədlərinə uyğun olacaq".

ABŞ administrasiyası artıq Konqresi yuxarıda adı çəkilənraketlərin potensial satışını təsdiqləmək qərarı ilə bağlıməlumatlandırıb. Qanunverici orqanın potensial müqaviləni nəzərdənkeçirmək və onu bloklayıb-bloklamamaq barədə qərar qəbul etmək üçün30 günü var.

Seçilən
80
az.trend.az

1Mənbələr