AZ

İlin son oyunu Sumqayıtda keçirildi

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk hissəsinə yekun vurulub.

Metbuat.az xəbər verir ki, XVI turun və ilin son oyunu Sumqayıtda eyniadlı komanda ilə “Sabah” arasında keçirilib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı yeni ildən FIFA referisi kimi fəaliyyət göstərəcək Tural Qurbanov idarə edib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"ə, “Araz-Naxçıvan” “Şamaxı”ya, "Neftçi" "Karvan-Yevlax"a, "Qarabağ" "Qəbələ"yə qalib gəlib, "Zirə" - "İmişli" matçında isə qolsuz heç-heçə qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
6
metbuat.az

10Mənbələr