Rusiya Silahlı Qüvvələri 25 dekabr – Milad günü Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirə bilər.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ və Almaniya Milad atəşkəsinin elan olunmasını dəstəkləyib, lakin Moskva bundan imtina edib.
"Rusiya deyir: "Milad atəşkəsi olmayacaq". Mən bu siqnallardan sonra kəşfiyyatımızın gücləndirilməsini tapşırdım. Biz başa düşürük ki, məhz bu günlərdə onlar kütləvi zərbələr endirə bilərlər", - Zelenski vurğulayıb.