ABŞ administrasiyası ölkəni könüllü tərk edən qeyri-qanuni miqrantlar üçün mükafat məbləğini 3 min dollara qədər artırıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem "X" sosial şəbəkəsində bildirib.
Nazir bildirib ki, ödəniş cari ilin sonuna qədər deportasiya prosesi üçün ərizə verənlərə aiddir.
"Amerikanın vergi ödəyiciləri Milad mövsümündə qeyri-qanuni miqrantların ölkəni könüllü tərk etmələri üçün stimulu üç dəfə artırıblar. İlin sonuna qədər "CBP Home App" vasitəsilə özlərini deportasiya edən qeyri-qanuni miqrantlar 3 min dollar məbləğində bonus əldə edə biləcəklər", - o yazıb.