Türkiyənin tanınmış ailələrindən olan Özgörkey ailəsi ağır itki ilə üzləşib. İş adamı Camal Özgörkeyin qardaşı qızı, 30 yaşlı Leyla Mizrahinin qəfil ölümü hər kəsi şoka salıb.
Milli.Az xəbər verir ki, Özlem Adalının qızı və iş adamı Camal Özgörkeyin qardaşı qızı olan Leyla Mizrahi cəmi 6 ay əvvəl övlad dünyaya gətirmişdi. Heç bir məlum xəstəliyi olmayan gənc qadının yuxuda dünyasını dəyişməsi yaxınlarını yasa boğub.
Hadisə ilə bağlı prokurorluq tərəfindən aparılan araşdırmalardan sonra gənc ananın ölüm səbəbi məlum olub. Rəsmi açıqlamaya görə, Leyla Mizrahi yuxuda ikən ürək tutmasından vəfat edib.
Ailəsi tərəfindən verilən ölüm elanında bu sözlər yer alıb: "Vaxtsız və erkən itirdiyimiz Leyla Mizrahini itirməyin dərin kədərini yaşayırıq. Hər zaman sevgi və həsrətlə qəlbimizdə yaşadacağımız Leylamızın məkanı cənnət, ruhu şad olsun."
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)