AZ

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının bir sıra kəndlərində işıq olmayacaq.

"Yeni Sabah" xəbər verir ki, Azərenerji ASC-nin sifarişi əsasında aparılacaq texniki işlərlə əlaqədar Nehrəm 35/10 kV və Culfa 132/110/35/10 kV yarımstansiyalarından qidalanan bəzi yaşayış məntəqələri və obyektlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Fasilə Güznüt, Çeşməbasar, Əbrəqunus, Qızılca, Ərəzin, Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkesin, Gal, Şurut, Ərəfsə, Ləkətağ, Milax, Qazançı, Teyvaz, Boyəhməd, Kırna, Dizə kəndlərini əhatə edəcək.

Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.


Telegram kanalımız
Seçilən
48
7
yenisabah.az

7Mənbələr