ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasında 16-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun, həmçinin ilin son oyununda "Sumqayıt" ilə "Sabah" qarşılaşıb.
Mehdi Hüseynzadə adına stadionda baş tutan qarşılaşmada qonaqlar qələbə qazanıblar. Matçı FİFA referisi Tural Qurbanov idarə edib.
Qeyd edək ki, tur çərçivəsində "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Qəbələ"ni (2:1), "Araz-Naxçıvan" "Şamaxı"nı (2:0) məğlub edib, "Zirə" isə "İmişli" ilə bərabərə (0:0) qalıb.
Misli Premyer Liqası
XVI tur
22 dekabr
"Sumqayıt" – "Sabah" 1:3
Qol: Ronaldo Vaskez, 66 - Velko Simiç, 26, 50. Keffel Resende, 60-avtoqol
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov, Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskez, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsane Simon.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 19. Roi Kehat, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç.
Məşqçi: Veliçko Kaplanoviç.
“Sabah”: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 72. Rustam Samiqullin, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 70. Cesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.