İtaliya Superkubokunun qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən həlledici qarşılaşmada “Napoli” “Bolonya” ilə qarşılaşıb.
Hər hissədə bir qol vuran Neapol təmsilçisi Superkubokun qalibi olub.
“Napoli” - “Bolonya” - 2:0
Qollar: David Neres, 39; 57
Bununla da “Napoli” tarixində üçüncü dəfə İtaliya Superkubokunu qazanıb. Komanda buna qədər 1990 və 2014-cü illərdə turnirin qalibi olub.