AZ

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Gürcüstanın Qardabani vilayətində bayram yolkası işıqlandırılarkən qəza baş verib.

Paralel.az xəbər verir ki , şəhər meydanında quraşdırılmış yolkanın işıqlarının təntənəli yandırılması mərasimində ağac qəfil alışıb.
 

Alov dərhal yolkanı bürüyüb və ağacın ətrafında toplaşan insanların gözü önündə külə dönüb.


Xoşbəxtlikdən, tədbirdə iştirak edənlərin hamısı vaxtında təhlükəsiz məsafəyə çəkilib və xəsarət alan olmayıb.

Seçilən
22
2
paralel.az

3Mənbələr