AZ

Türkiyə Superliqasında 2 oyunda 13 qol

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Superliqasında 2 oyunda 13 qol

Türkiyə Superliqasında 17-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib. 

Öz meydanında “Qaziantep”i qəbul edən “Başakşehir” rəqibini darmadağın edib.

“Gənclərbirliyi” - “Trabzonspor” matçında isə 7 qol vurulub. 

“Başakşehir” - “Qaziantep” - 5:1

Qollar: Şomurodov, 21 (1:0), Kamara, 26 (1:1), Fayzullaev, 29 (2:1), Qızıldağ, 53-avtoqol (3:1), Güneş, 68 (4:1), Brniç, 84 (5:1)

“Gənclərbirliyi” - “Trabzonspor” - 4:3

Qollar: Qoutas, 5 (1:0), Tonqya, 31 (2:0), Felipe Auqusto, 45+2 (2:1); 50 (2:2), Ulqun, 52 (3:2), Koita, 59 (4:2), Muci, 67-pen. (4:3)

Bu nəticələrdən sonra “Trabzonspor” 35 xalla 3-cü, “Başakşehir” 23 xalla 7-ci, eyni xala malik “Qaziantep” 9-cu, “Gənclərbirliyi” isə 18 xalla 11-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, bu oyunlardan sonra Türkiyə Superliqasında 2026-cı il yanvarın 17-nə kimi fasilə yaranıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
qol.az

2Mənbələr