AZ

Videooyun sənayesində AĞIR İTKİ: Vins Zampella faciəvi şəkildə HƏLAK OLDU

“Call of Duty”nin yaradıcısı Vins Zampella həlak oldu: Videooyun dünyası yasda

Əfsanəvi tərtibatçı avtomobil qəzasında həyatını itirib, sərnişini də xilas etmək mümkün olmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “NBC LA” məlumat yayıb.

Məlumata görə, videooyun sənayesinin əfsanəsi, “Call of Duty” oyununun yaradıcılarından biri, “Infinity Ward” və “Respawn Entertainment” studiyalarının rəhbəri Vins Zampella dünyasını dəyişib.

55 yaşlı Zampella Los-Ancelesin şimalındakı San-Qabriel dağlarında ağır avtomobil qəzasına düşüb. Onun idarə etdiyi yük maşını yoldan çıxaraq beton maneəyə çırpılıb. Polis bildirib ki, sürücü hadisə yerindəcə keçinib, sərnişin isə daha sonra xəstəxanada vəfat edib.

Qeyd edək ki, Zampella “Call of Duty” seriyasının əsasını qoyanlardan biridir. O, “Call of Duty 2”, “Call of Duty 4: Modern Warfare”, “Modern Warfare 2”, həmçinin yeni “Battlefield 6” oyunlarının ərsəyə gəlməsində əsas rollardan birini oynayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
83
interpress.az

1Mənbələr