AZ

Azərbaycan benzinini Ermənistana bu məşhur iş adamı idxal edirmiş

Ermənistanda hökumətyönlü millət vəkili Xaçatur Sukiasyanın ailəsinə məxsus “Mega Trade” şirkəti Azərbaycandan idxal edilən benzini Ran Oil yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə alıb.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Sukiasyanın mətbuat xidməti əvvəllər Azərbaycan neft məhsullarının idxalında iştirakını təkzib etmişdi.

Cümə günü Azərbaycanda Ermənistana 22 vaqonlu qatarla 1218 ton benzin gətirilib. Məhsullar tranzit yolu ilə Gürcüstan ərazisindən keçib.

İqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, bu, 8 avqust tarixli Vaşinqton Sazişlərindən sonra ilk ticarət-iqtisadi müqavilə olmaqla yanaşı, iki ölkə müstəqillik qazandıqdan bəri ilk belə əməliyyatdır.

Seçilən
72
31
konkret.az

10Mənbələr