Danimarkanın milli poçt xidməti olan “PostNord” dörd əsrlik fəaliyyətindən sonra kağız məktub daşımalarını dayandıracaq.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, şirkət sonuncu fiziki zərfləri bu il dekabrın 30-da ünvanlara çatdıracaq. Belə ki, sözügedən qərar ölkədə sürətlə inkişaf edən rəqəmsallaşma prosesi ilə bağlıdır.
Xatırladaq ki, Danimarkada poçt xidmətinin əsası 1624-cü ildə kral IV Kristian tərəfindən qoyulub.
"Cebheinfo.az"