Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynada müharibənin dayandırılması istiqamətində aparılan diplomatik səylərə baxmayaraq, Rusiyanın atəşkəsə maraq göstərmədiyini bildirib.
Nazir bu barədə Zeit nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, Ukrayna, Avropa ölkələri və ABŞ-ın müharibənin dayandırılması üçün göstərdiyi səylərə baxmayaraq, Moskva tərəfindən müsbət siqnallar müşahidə olunmur.
Boris Pistorius vurğulayıb ki, Ukraynada müharibəni dərhal dayandıra biləcək yeganə şəxs Rusiya prezidenti Vladimir Putindir.
O qeyd edib ki, hazırkı vəziyyət Rusiyanın sülh danışıqlarında real maraqlı olmadığını göstərir.
//Samir Qurbanov, Editor.az