Bu gün Misli Premyer Liqasında 2025-ci ilin son matçı baş tutub.
Paralel.az xəbər verir ki , XVI turun sonuncu matçında "Sabah" "Sumqayıt"ın qonağı olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyun Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
"Sabah" bu qalibiyyət sayəsində 2025-ci ili 37 xalla lider başa vurub.
Misli Premyer Liqası
I dövrə
XVI tur
22 dekabr
19:30. "Sumqayıt" – "Sabah" 1:3 (İkinci hissə)
Qollar: Ronaldo Vaskez, 66 - Velko Simiç, 26, 50, Keffel Resende, 60 (avtoqol)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.