AZ

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən mühüm məlumat

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Quba, Qəbələ və Oğuz rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.


Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Xaçmaz rayonu Qobuqırağı kənd sakini Əhməd İlyasov, Xudat şəhər sakini Orucəli Mehdiyev, Quba rayonu Rustov kənd sakinləri Səxavət Aydəmirov, Orxan Vəliyev, Quba rayonu Tülər kənd sakini Rəhim Muradov, Barlı kənd sakinləri Elmir Babayev, Naib Məmmədov, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Hicran Kamilov, Oğuz rayonu Şirvanlı kənd sakinləri Ceyhun Mikayılov, Mövlam Xeyirov və Fərman Xeyirov olduğu müəyyən edilib.
Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.
Seçilən
58
ekologiya.az

1Mənbələr