AZ

Padel tennisi üzrə ilk Azərbaycan çempionatına start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə padel üzrə ilk ölkə çempionatına start verilib.

Aznews.az xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Seçilən
45
6
aznews.az

7Mənbələr