“Mançester Yunayted”in heyətində ciddi itki baş verib.
Paralel.az xəbər verir ki , "qırmızı şeytanlar"ın kapitanı Bruno Fernandeş sıradan çıxıb. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 17-ci turunun “Aston Villa”ya qarşı keçirilən matçında (1:2) zədələnib.
Fernandeş yumşaq toxuma zədəsi ilə üzləşib. 31 yaşlı futbolçunun bu səbəbdən ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm “Mançester Yunayted”in heyətində 18 oyunda meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.