AZ

"Ağıllı svetoforlar” hansı yollarda effektli olacaq? - Ekspert AÇIQLADI

Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.

Bəs bu svetoforların funksiyası nədən ibarətdir, bununla da paytaxt yollarında sıxlığın qarşısı alına bilərmi?

Nəqliyyat eksperti Yasin Mustafayev Redaktor.az-az açıqlamasında ağıllı adaptiv svetoforların funksiyası ilə bağlı danışdı:

"Məsələn, bir tərəfdən nəqliyyat axını gəlmədikdə, digər tərəfdə isə yığılma yaranır. Bu zaman sistem avtomatik olaraq nəqliyyat vasitələrinin çox olduğu istiqaməti açır, nəqliyyatın olmadığı istiqaməti isə saxlayır. Bu, çox yaxşı sistemdir. Yəni tətbiq edilə bilsə, çox yaxşı nəticə verəcək. Amma yaşıl axın təşkil olunan ərazilərdə bu sistem effekt verməyəcək. Çünki harada yaşıl axın təşkil edilibsə, yəni bir yol üzrə bütün nəqliyyat vasitələri fasiləsiz hərəkət edirsə, orada bu sistemin effekti olmayacaq. Yəqin ki, mərkəzləşdirilmiş sistem vasitəsilə bunu aktiv və ya deaktiv etmək mümkün olacaq ki, yaşıl axına mane olmasın".

Nuriyyə NATİQQIZI

Seçilən
114
1
redaktor.az

2Mənbələr