AZ

Sürücülər Məmmədli kəndində yolun yararsız olmasından NARAZIDIRVİDEO

Deformasiyaya uğramış asfalt, iri çuxurlar, dərin çatlar... Avtomobillər bu yolda hərəkət etməyə çətinlik çəkir...

Xezerxeber.az xəbər verir ki, söhbət Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsindən gedir.

Sürücülər bildirirlər ki, işıqforun 70 saniyəlik qırmızı işığından sonra yanan 20 saniyəlik yaşıl işığı yol bərbad vəziyyətdə olduğundan vaxtında keçə bilmirlər. Nəticədə tıxac yaranır.Yolun mövcud vəziyyəti, xüsusilə yağışlı günlərdə sürücüləri əks yola çıxmağa vadar edir. Sakinlərin iddiasına görə, yolu bu vəziyyətə ağır tonnajlı maşınlar salıb.

Məmmədli Bələdiyyəsindən bildirildi ki, məhəllələrarası yollar bələdiyyəyə aid olsa da, əsas yol onların balansında deyil. Qeyd edildi ki, bu məsələ birbaşa olaraq Avtomobil yolları dövlət agentliyinə aiddir. Avtomobil yolları dövlət agentliyinə ünvanladığımız sorğudan sonra əraziyə baxış keçirildi.

Agentlikdən "Xəzər Xəbər"ə bildirildi ki, Yol Agentliyin balansında olsa da, ona birləşən yol quruma aid deyil. Buna baxmayaraq, sabah həmin əraziyə asfalt vurulub, hamarlaşdırılacaq və avtomobillərin rahat gediş-gəlişi təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
57
1
xezerxeber.az

2Mənbələr