AZ

Mətbuatın inkişafında əvəzsiz rolu olan Məzahir Süleymanzadə...

Bu şəxsiyyət adi jurnalist kimi deyil, mətbuat, yazı, xəbər dünyasının ən fədakar, ən dürüst, ən peşəkar, ən mübariz, eyni zamanda ən mehriban, diqqətli, qayğıkeş insanlarından biri kimi tanınmışdır.
Onun təkrarı olmayan gözəl, ağıllı, unikal fikirləri, əməlləri və yaradıcılığı da heç bir zaman unudulmayacaq.
Məzahir Süleymanzadənin ətrafına topladığı insanlar da – dostları, işçiləri, əməkdaşları, tanışları da sanki onun böyük kamalına və gözəl ürəyinə yaxın insanlar idi.
Ümumiyyətlə, hələ də bu günə qədər onun əleyhinə bircə kəlmə neqativ fikir eşidilməyib.
Onun düz yola yönəltdiyi insanlar da bu günə qədər ona xoş dualar edirlər. Biz də mübarizənin əsl yolunu ondan öyrənirik.
Düzgünlüyü düzgün olmayanlara öyrətməklə...
Bu öyrəntinin misilsiz kəlam dünyasına qovuşmaqla...
Əzizimiz, canımız, ürəyimiz, dostumuz, müəllimimiz, atamız, qardaşımız olmuş Məzahir adlı şəxsiyyət hələ yaşasaydı 73 yaşı olacaqdı.
Dünyasını dəyişəndən bəri onun haqda fikirlərimiz xoş günlərin xatirəsi ilə  birgə, ayrı qaldığımız günlərin peşmançılığı və artıq onsuz günlərimizin silinməz ağrısı ilə keçir...

Sənubər Səhər

***

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. Uşaqlıq və gənclik illəri Şamaxıda keçib. S.M.Qənizadə adına 1 nömrəli orta məktəbin məzunudur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "İdman" qəzetinin xüsusi müxbiri, "Kommunist" qəzetinin müxbiri, məsul katibi, redaktor müavini vəzifələrində çalışıb.

Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla çıxan yeganə qəzetin - "Səhər"in yaradıcısı və baş redaktoru olub. Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimidir.

O, bir müddət AFFA-nın və "Neftçi”nin mətbuat xidmətinin rəhbəri işləyib.

Ali Media Mükafatının ilk laureatlarından biridir. SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatına, "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", "Araz" və başqa ədəbi mükafatlara layiq görülüb. Bir müddət pedaqoji fəaliyyətlə məşqul olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.

Məzahir Süleymanzadə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbərliyində təmsil olunurdu.

  

 



Seçilən
17
1
azia.az

2Mənbələr