AZ

Əliyevin Peterburq Zirvələrində iştirak etməməsinin sadə səbəbi var - "Biz AİB üzvü deyilik"…


Dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində Ali Avrasiya İqtisadi Şurasının iclası, dekabrın 22-də isə MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Sözügedən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi deyilirdi. Lakin Azərbaycan Prezidenti qeyd edilən tədbirlərdə iştirak etmədi.

Azərbaycan Prezident Administrasiyası Prezident İlham Əliyevin sözügedən Zirvə görüşlərində iştirak etməməsinin səbəblərini açıqlayıb.

Prezident Administrasiyasından verilən məlumata əsasən, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.

Dövlət başçısı dekabrın 22-də keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak etməyib.

Xatırladaq ki, Azərbaycan üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.

Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərdə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.

İradə SARIYEVA

Seçilən
19
49
baki-xeber.com

10Mənbələr