AZ

Rusiya ABŞ-ın nüvə silahı sınaqlarına eyni şəkildə cavab verəcək

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ABŞ-ın nüvə silahı sınaqlarının yenidən başlamasına eyni şəkildə cavab verəcək.

Ryabkov Vaşinqtonun nüvə sınaqlarının potensial genişləndirilməsi ilə bağlı “qeyri-müəyyən açıqlamalara” cavab olaraq Moskvanın qətiyyətini qeyd edib. Xarici işlər nazirinin müavini “Valday” Müzakirə Klubunda keçirilən müzakirə zamanı bildirib ki, “Əgər ABŞ tammiqyaslı partlayıcı nüvə silahı sınaqlarına qayıtsa, biz də eyni cür cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”.

Eyni zamanda, Ryabkov əlavə edib ki, Rusiya strateji silahlarda proqnozlaşdırıla bilənlik və təmkin ideyasını təşviq etməyə davam edir. O əlavə edib ki, ABŞ 2026-cı ilin fevral ayında müddəti bitən “Yeni START” Müqaviləsi ilə bağlı Rusiyanın təkliflərinə əsaslı şəkildə cavab verməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
47
editor.az

1Mənbələr