AZ

Biləcəridə bardürləri sındıraraq ərazini betonlamaq istədilərVİDEO

Beşmərtəbəli yaşayaşı binasının qarşısına armaturlar döşənib, ərazi betonun tökülməsi üçün hazır vəziyyətə gətirilib. Ətraf hasarlanıb, hətta beton da tökülüb.

Görüntülər paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov 8 ünvanındandır. Qəsəbə sakinləri iddia edirlər ki, sözügedən ünvana yeni köçən sakinlərdən biri eyvanın qarşısına beton töküb, ərazidəki bordürləri sökərək gecə ətrafı hasarlayıb.

Çəkliş qrupumuzla ünvana çatanda artıq tikili sökülmüşdü. Sakinlərdən öyrəndik ki, aidiyyəti qurumların müdaxiləsindən sonra tikinti dayandırılıb.

Qonşuların iddialarına aydınlıq gətirmək məqsədi ilə ərazidə tikintiyə başlamaq isəyən şəxsi də saatlarla gözlədik. Amma, gəlmədi...

Biləcəri bələdiyyəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ünvanda vətəndaş tərəfindən özbaşına abadlıq işlərinin görülməsinə cəhd göstərilərək, əraziya beton tökülüb. Aidiyyəti qurumlar isə qarşısını alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
74
2
xezerxeber.az

3Mənbələr