GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Hindistanın ingilislər tərəfindən işğalından danışarkən zarafat edib. Prezidentin zarafatı qısa zamanda mediada gündəm olub.
Globalinfo.az xəbər verir ki, Putin onların “talamağı sevdiyini” bildirib.
Bu sözləri o, Ermitaj Muzeyinə təşkil olunan ekskursiya zamanı deyib. Ekskursiyanı muzeyin baş direktoru Mixail Piotrovski aparıb.
Muzeyin bir zalında Böyük Moğollar imperiyası dövrünə aid eksponatlar təqdim olunub. Piotrovski həmin eksponatların Hindistan incəsənətinə aid olduğunu qeyd edib:
“Bu, moğol sənətinin parlaq nümunələridir. Hindistanın zənginliklə dolu dövrü idi. Məhz bu səbəbdən ingilislər Hindistana getdilər. Bütün bu dəbdəbəni, qiymətli daşları gördülər”.
Putin isə zarafatyana, “İngilislər talan etməyi sevdiklərindən, ora yollandılar” deyib.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.