“MDB ölkələri, xüsusən də Böyük Vətən müharibəsi ilə bağlı tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı birgə çalışmalıdırlar”.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz ortaq tariximizin xatirəsini qorumaq və onun saxtalaşdırılmasının qarşısını almaq üçün birgə səylərimizi davam etdirməliyik.
Sizi gənclərin saysız-hesabsız itkilər bahasına müharibədə qalib gələn atalarımız, babalarımız və ulu babalarımızın qəhrəmanlıqları haqqında məlumatlı olmaları üçün əlinizdən gələni etməyə çağırıram”, – deyə o bildirib.
Putin əlavə edib ki, Rusiya hər bir respublikanın nasizmin məğlubiyyətinə verdiyi töhfəyə həsr olunmuş unikal arxiv materialları toplusunu, o cümlədən əvvəllər dərc olunmamış sənədlərin və fotoşəkillərin rəqəmsallaşdırılmış surətlərini nəşr etmək niyyətindədir.
Qeyd edək ki, MDB hazırda 9 üzv ölkədən ibarətdir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan.