AZ

Çin 100 qitələrarası raketi hazır vəziyyətə GƏTİRDİ

Çin Monqolustan sərhədinə 100 ballistik raket yerləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hesabatında bildirilib. ABŞ kəşfiyyatı Pekinin nüvə arsenalını genişləndirdiyini və raketləri şaxta bazalarında yerləşdirdiyini açıqlayıb.

Məlumata görə, Çin Xalq Respublikası Monqolustanla sərhəd bölgəsində ən azı 100 ədəd şaxta əsaslı (yeraltı buraxılış qurğusu olan) qitələrarası ballistik raket yerləşdirib.

Pentaqonun məruzəsində qeyd olunur ki, bu addım Çinin strateji nüvə qüvvələrini gücləndirmək və modernləşdirmək siyasətinin bir hissəsidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
85
interpress.az

1Mənbələr