Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan dövlətinin gücü və suverenliyi Prezident İlham Əliyevin mərhəmətə əsaslanan siyasi iradəsi ilə tamamlanaraq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilən amnistiya təşəbbüsü vasitəsilə bir daha bütün dünyaya nümayiş etdirilir; bu addım yalnız hüquqi prosedur deyil, eyni zamanda xalqımıza ünvanlanan humanist yanaşmanın, cəmiyyətimizin həmrəyliyinin və gələcək nəsillərə verilən dərin, prinsipial mesajın ifadəsidir.Müstəqil Azərbaycan dövləti, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, xilaskarlıq missiyası və uzaqgörən siyasi iradəsi nəticəsində qurulmuş, möhkəmlənmiş və tarix boyu xalqımızın qürur mənbəyinə çevrilmişdir. Bu irs isə Prezident İlham Əliyev tərəfindən uğurla qorunur inkişaf etdirilir və hər bir addımında dövlətçiliyimizin əsas prinsipləri, suverenlik, hüququn aliliyi və vətəndaş rifahı təcəssüm etdirilir. Amnistiya aktı Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş qəhrəmanlarımızın yaxınlarını, zərər çəkmiş mülki vətəndaşları, qadınları və yaşlıları əhatə edir. Yetkinlik yaşına çatmayan şəxslər və az ağır cinayət törətmiş məhkumlar da bu humanist addımdan faydalanacaq. Məqsəd yalnız cəzanın yüngülləşdirilməsi deyil, insanlara yeni həyat imkanı yaratmaqdır. Bu amnistiya aktı Azərbaycan tarixində misli görünməmiş bir təşəbbüsdür. Azərbaycanın amnistiya və əfv təcrübəsi zəngin və dəyərlidir. 1995-ci ildən indiyədək həyata keçirilmiş 12 amnistiya aktı 130 mindən çox insana şamil olunmuş, 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə elan olunan amnistiya isə 17 mindən çox insanı əhatə etmişdir. Prezident İlham Əliyev dövründə qəbul edilmiş 39 əfv sərəncamı və 5 amnistiya aktı göstərir ki, humanizm və ədalət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir.Humanist yanaşma ilə həyata keçirilən bu addım, azad olunacaq şəxslərin cəmiyyətə müsbət töhfə verəcəyinə və dövlətimizin inkişafına qatqı təmin edəcəyinə olan etimadı daha da möhkəmləndirir.Bu təşəbbüs yalnız qanun çərçivəsində hüquqi əhəmiyyət kəsb etmir, həm də Azərbaycanın ədalətli, mərhəmətli və güclü dövlət olduğunu nümayiş etdirir. Dövlətin humanist siyasəti və güclü iradəsi xalqımızın gələcəyinə inamı artırır, cəmiyyətdə həmrəylik və birliyi möhkəmləndirir.Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu amnistiya, tarixdə Azərbaycan dövlətçiliyinin humanist ənənələrinin və sosial ədalət prinsiplərinin ən yüksək səviyyədə ifadəsidir. Bu addım, həm də xalqımıza, xüsusilə gənc nəslə mərhəmət, ədalət və vətənpərvərlik nümunəsi təqdim edir.Amnistiya aktı ilə azadlığa qovuşan insanlar cəmiyyətə inteqrasiya olunaraq dövlətimizin inkişafına öz töhfəsini verəcək, humanizm və mərhəmət ənənələri ölkəmizdə daha da güclənəcək. Prezident İlham Əliyevin təşəbbüsü Azərbaycanın dövlətçilik irsini qoruyur, humanizm və ədalət prinsiplərini ən yüksək səviyyədə təcəssüm etdirir. Həmrəylik, etimad və vətənpərvərlik ruhunu cəmiyyətdə daha da möhkəmləndirirRamil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.