Ajans.az xəbər verir ki, Sankt-Peterburqda Rusiya lideri ilə görüşdə Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq. "Qatarların Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana gəlməsinə başlaması tarixi bir hadisə idi", - deyə Paşinyan bildirib. Qeyd edək ki, Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında və ənənəvi olaraq dekabrın sonlarında keçirilən qeyri-rəsmi MDB sammitində iştirak etmək üçün Rusiyanln şimal paytaxtına gəlib.