Bakı. Trend:
Yaponiyada 58 yaşlı hücumçu Kadzuesi Miura “Fukusima Yunayted”futbol klubu ilə müqavilə imzalayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Müqavilənin imzalanmasından sonra idmançı peşəkar karyerasınınsayca 41-ci mövsümünə qədəm qoymuş olub. Miura hazırda dünyanın ənyaxşı aktiv peşəkar futbolçusu hesab olunur.
“Fukusima Yunayted” forvardın karyerasında 19-cu klubu olacaq.İlk müqaviləsini o 1986-cı ildə Braziliyanın “Santos” klubu iləbağlayıb.
Miura İtaliyanın A Seriyasında çıxış edən ilk yapon futbolçuolub, həmçinin Xorvatiya, Avstraliya və Portuqaliya klublarında daoynayıb. Yaponiyada 1993-cü ildə “J”Liqanın ən dəyərli oyunçususeçilib və "Yokohama" klubunda 20 il çıxış edib. FutbolçununYaponiya millisinin heyətində 89 oyunda 55 qolu var.