Qazaxda maşının divara çırpılması nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.
"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, qəzada həlak olan 24 yaşlı Nicat Alıyev hərbi polisin əməkdaşı olub.
Qeyd edək ki, hadisə zamanı 29 yaşlı Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Telegram kanalımız