AZ

Enrike, Mareska, Flik...

Qol.az saytına istinadən ain.az xəbər verir.

Enrike, Mareska, Flik...

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2025-ci ilin yekunlarına əsasən dünyanın ən yaxşı məşqçilərinin reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıya PSJ-nin baş məşqçisi Luis Enrike başçılıq edir. 55 yaşlı ispaniyalı mütəxəssis səsvermədə 222 xal toplayaraq rəqiblərini böyük fərqlə qabaqlayıb.

Mütəxəssis karyerasında ikinci dəfə bu ada layiq görülüb. O, ilk dəfə 10 il əvvəl "Barselona"nı çalışdırarkən ilin ən yaxşı məşqçisi seçilmişdi. Luis Enrike bu titulu Karlo Ançelottidən təhvil alıb.

IFFHS-in sıralamasına görə 2025-ci ilin ən yaxşı 10 klub məşqçisi belədir:

Luis Enrike - 222 xal

Enzo Mareska - 60 xal

Hans-Diter Flik - 57 xal

Vensan Kompani - 42 xal

Mikel Arteta - 24 xal

Antonio Konte - 21 xal

Simone İnzagi - 17 xal

Xabi Alonso - 14 xal

Abel Ferreyra - 10 xal

Krunoslav Yurçiç və Filipe Luis - hər biri 9 xal

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
qol.az

2Mənbələr