Ukraynanın hücum dronları dekabrın 21-dən 22-nə keçən gecə Rusiyanın Krasnodar diyarı ərazisində "Tamannefteqaz" dəniz neft terminalına hücum edib.Bu barədə "RBK-Ukrayna" Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.
Endirilən zərbələr nəticəsində neft terminalı avadanlıqları, mayeləşdirilmiş qaz terminalı və liman infrastrukturu zədələnib,nəticədə genişmiqyaslı yanğın baş verib.Partlayışlar boru kəmərlərinə, iki körpüyə və iki gəmiə təsir edib, yanğın təxminən 1 min kvadrat metr sahədə davam edib. Rezervuar parkında da alovlanma müşahidə olunub.
Eyni zamanda, Ukrayna istehsalı raketlə Donetsk vilayətinin Yelenovka şəhərindəki 92-ci çay katerləri briqadasının üzən vasitələrinin müvəqqəti bazası vurulub və burada da yanğın başlayıb. Həmçinin Ulan-Udedə motoatıcı alayın sursat anbarı da məhv edilib.