AZ

Finlandiyada ehtiyatda olan hərbçilərin yaş həddi artırıldı

Finlandiya Prezidenti dekabrın 22-də ehtiyatda olan hərbçilərin yaş həddinin 65-ə qaldırılmasını nəzərdə tutan qanunu təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyinin açıqlamasına görə, polkovnik və ya kommodor rütbəsinə malik olan, eləcə də daha yüksək rütbəli zabitlər üçün yuxarı yaş həddi tətbiq olunmur və onlar xidmətə yararlı olduqları müddətdə ehtiyatda qalacaqlar.

Yeni qanuna əsasən, sıravi hərbi heyət üçün ehtiyatda qalma müddəti 15 il, çavuşlar və zabitlər üçün isə 5 il artırılır. Nazirlik qeyd edir ki, bu dəyişiklik Silahlı Qüvvələrə və Sərhəd Mühafizəsinə fövqəladə vəziyyətlər zamanı əsas tapşırıqların icrası üçün daha çox ixtisaslı kadr cəlb etməyə imkan verəcək.

Bildirilir ki, islahat nəticəsində beşillik keçid dövrü ərzində ehtiyat qüvvələrinin sayı təxminən 125 min nəfər artacaq.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Seçilən
50
konkret.az

1Mənbələr