AZ

Putin və Paşinyan Sankt-Peterburqda görüşdü

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda ikitərəfli danışıqlar aparıblar.

KONKRET.az-ın məlumatına görə, görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək məqsədilə Rusiyaya səfəri çərçivəsində baş tutub. Tərəflər regional proseslər, ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Putin və Paşinyan bundan əvvəl sentyabrın 26-da Moskvada görüşmüşdülər. Həmin vaxt Ermənistanın baş naziri Qlobal Atom Forumunda iştirak etmək üçün Rusiya paytaxtında səfərdə olub.


Müşviq Tofiqoğlu,
KONKRET.az

Seçilən
51
10
konkret.az

10Mənbələr