Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malikşəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcədə ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqiyanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etdi. Bununla bağlıimzalanan Sərəncamda qeyd edildiyi kimi, Azərbaycanda şəhərsalma vəmemarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpəkYolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyətmərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəniəlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasınınformalaşmasında qiymətli memarlıq abidələri müstəsna roloynamışdır.
Bu gün dünya tarixi Zəfərimizin və suverenliyimizin tambərpasının yaratdığı yeni reallıqların əsas tərkib hissəsi olaraqişğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin fonundaAzərbaycanın təkmil şəhərsalma təcrübəsinin şahidinə çevrilir. 30illik işğal dövründə tamamilə dağıdılan şəhər və kəndlərimiz Başplan əsasında yenidən bərpa edilir. “Ağıllı şəhər” və “ağıllı kənd”strategiyası əsasında qurulan kənd və şəhərlər müasir dövrün bütünyeniliklərini özündə əks etdirir. Ağdam, Zəngilan və Xankəndişəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları bütünbu məqamlara aydınlıq gətirdi. Dövlət başçısı İlham Əliyevin builin 15 oktyabr tarixində Xankəndi şəhərində keçirilən ÜçüncüAzərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətindəqeyd olunduğu kimi, Azərbaycanın milli inkişaf strategiyasındaşəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədəşəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalariqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinəuyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuqişləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışınıvə icra imkanlarını nümayiş etdirir.
Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, 2022-ci ildə Prezidentİlham Əliyev Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya ŞəhərForumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək”mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı bu mühümməqamı xüsusi qeyd etmişdi ki, Bakının və Azərbaycanın digərşəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanışəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldəetmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsizmemarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyinahəngliyini özündə birləşdirir.
Bu reallıq inkaredilməzdir ki, Bakı hər zaman gözəlliyi,müasirliklə qədimliyin vəhdətini yaratması ilə diqqətdədir. 1993-cüildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi iləhakimiyyətə qayıdışından sonra sabitliyin bərpası, normal iqtisadimühitin yaradılması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasındamaraqlı olan dövlətlərin sayının artmasına, Azərbaycanın böyükinvestisiyalar məkanına çevrilməsinə səbəb oldu. Tarixə “Əsrinmüqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması artıq 30ildən çoxdur ki, Azərbaycana iqtisadi və siyasi dvidentlərqazandırmaqdadır. Azərbaycanın yerləşdiyi coğrafi məkan daəlaqələrin inkişafında, yeni körpülərin qurulmasında əhəmiyyətlirol oynayır. Belə ki, Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycanmüxtəlif mədəniyyətləri, dinləri bir araya gətirərək tolerant,multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkəkimi nüfuz qazanır. Azərbaycan hazırda dünyanın iqtisadi, siyasi,diplomatik, humanitar mərkəzinə çevrilib. Ölkəmizin beynəlxalqtədbirlər üçün ideal məkan kimi qəbul edilməsi bütün sahələrdəzəngin təcrübəyə malik olmasına, ən əsası sabit, təhlükəsiz ölkəkimi nüfuz qazanmasına əsaslanır. 1993-2003-cü illərdə yaradılanmöhkəm təməl 2003-cü ildən bu günəgək islahatlar prosesinindərinləşməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlhamƏliyevin yeniliyə, təkmillşəməyə marağı atdığı hər addımında öztəsdiqini tapır. Azərbaycan beynəlxalq maliyyə qurumlarınınhesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Bu islahatlarölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi,paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə dətöhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda,nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımızfüsünkar gözəlliyi ilə liderliyini qoruyur. Dünyanın “Ən yaşamalışəhərlərinin” reytinq cədvəl və hesabatında yer alan şəhərlərarasında Bakının adının çəkilməsi Azərbaycanda həyata keçirilənsosial, iqtisadi inkişafın məntiqi nəticəsidir. Azərbaycan iqtisadimöcüzələr ölkəsi kimi nüfuz qazanıb. Eyni zamanda, Azərbaycansivilizasiyalararası dialoq mərkəzi kimi tanınır. Azərbaycan daimyeniləşən, müasirləşən ölkədir. Təbii ki, bu inkişaf paytaxtdanbaşlayaraq bölgələri də əhatə edir. Prezident İlham Əliyevinimzaladığı sərəncamlar əsasında Bakı şəhərinin və onunqəsəbələrinin, həmçinin regionlarımızın sosial-iqtisadi inkişafınadair Dövlət proqramları təsdiqləndi. Azərbaycanın sosial-iqtisadiinkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafınıntəmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, BirləşmişMillətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlartəsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritetistiqamətləri olaraq müəyyənləşdirilib.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elanedilməsi ilə bağlı Sərəncamında vurğulandığı kimi, bu gün ölkəərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları,karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaqənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyibaxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix vəmədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü,“Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələrAzərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir. UNESCO-nunÜmumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədimvə orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirənİçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunuindiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayıAzərbaycan şəhərsalma və memarlıq sənətinin dünya incilərisırasında layiqli yer tutan yadigarlarıdır. 900 illiyi UNESCOçərçivəsində yubileyləri keçirilən böyük şəxsiyyətlər siyahısınadaxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan vəYaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsirgöstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksəkzirvəsidir. Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda vəmemarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyəndəyişikliklər öz əksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəriŞərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyinvəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağabaşlamışdır.
Millət vəkili bildirib ki, Bakının yeni simvolları və rəmzləriolan, adı dünya memarlıq inciləri ilə bir sırada çəkilən HeydərƏliyev Mərkəzi, “Alov qüllələri”, “Ağ şəhər”, “Bakı KristalSarayı”, salınan yeni istirahət mərkəzləri və sair tikililərAzərbaycanın inkişaf dinamikasını göstərir. 2015-ci ildə ölkəmizinev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq mərhələsindəBöyük Olimpiya Stadionunun, Heydər Əliyev adına İdman Sarayının,Bakı Su İdman Sarayının, Bakı Atıcılıq Mərkəzi kimi obyektlərinaçılması paytaxtımıza əlavə gözəllik bəxş etdi. Son illərdə dövlətbaşçısı İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyatakeçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin, qonaqların,turistlərin istirahəti üçün salınan parklar, qədim memarlıqabidələrinin bərpası və təmiri Bakını dünyanın ən gözəlşəhərlərindən birinə çevirib. Dövlət başçısı İlham Əliyev «PaytaxtBakının tarixi simasını qorumaqla bərabər, biz onuninfrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nailolmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digərşəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı bizşəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldəetmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsizmemarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyinahəngliyini özündə birləşdirir» fikirləri ilə paytaxt Bakınınkeçdiyi inkişaf yolunun aydın mənzərəsini təqdim edir.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün paytaxt Bakı ilə yanaşı,hazırkı dövrdə əsas prioritet məsələ işğaldan azad edilmişərazilərimizin müasir tələblər səviyyəsində qurulmasıdır. Dövlətbaşçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakıdövr üçün prioritetlər və onların icra mexanizmləri öz əksinitapıb. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldanazad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitininformalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır.Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi buərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlıinkişafına dəstək olacaq. Prezident İlham Əliyev Xankəndi şəhərindəkeçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumununiştirakçılarına müraciətində bu məqamı da xüsusi qeyd etmişdir ki,Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuqprosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil,regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımındanxüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr,qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhaliüçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlıinkişafına xidmət edir.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsindəəldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindənböyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalmasahəsində qlobal çağırışların həllində və innovativ yanaşmalarınformalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədəbeynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı iləbirgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. 2026-cıildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olanÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərindəkeçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiyaproseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığıyüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanınümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək,regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiyaməqsədlərinə mühüm töhfə verəcək. Ağdam, Zəngilan və Xankəndişəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumlarıÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda mühümmərhələ kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Sərəncamında da vurğulanırki, BMT nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgətəşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi millişəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaqfəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya ŞəhərsalmaForumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərindəkeçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərindəartan rolunu göstərir.
Millət vəkili qısa təhlil əsasında bu ümumiləşdirməni aparıb ki,Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir.Hazırda böyük fəxr və inamla qeyd etdiyimiz reallıqlardan biripaytaxt Bakı ilə yanaşı, bölgələrimizin, o cümlədən işğaldan azadedilmiş ərazilərimizin müasir dövrün tələbləri əsasında yenidənqurulması ilə dünyanın diqqətində olmasıdır. Müxtəlif çağırışların,davamlı şəhərlərin qurulması ilə bağlı strategiyanın ölkəmizdəmüzakirə edilməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasınayol açan Forumların keçirilməsinə xüsusi önəm verilməsiAzərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunungöstəricisidir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsindəkeçiriləcək tədbirlər Azərbaycanın beynəlxalq təqdimatına yeniəlavələr edəcək.